Qərbi Azərbaycanın Yol və Nəqliyyat İdarəsi internet növbə sistemini işə salmaqla yük maşınlarının hərəkətini tənzimləyib və sərhəd məntəqələrindəki uzun növbələri aradan qaldırıb.
Qərbi Azərbaycanın Yol və Nəqliyyat İdarəsinin rəhbəri Ərsəlan Şükrü bildirib ki, internet növbə sistemi sürücülərə sərhədə çatmazdan əvvəl növbə götürməyə imkan verir və bu, sərhədə gedən yollarda tıxacların qarşısını alır. Hazırda Bazərgan, Sero, Poldəşt və Razi sərhəd məntəqələrində aktiv olan sistem, nəqliyyat vasitələrini yükün növünə görə kateqoriyalara ayırır. Bu tədbir sayəsində yük maşınları yalnız təyin olunmuş vaxtda dayanacaqlara daxil olur və gömrük prosedurları sürətlənir. Sistemin Təmərçin sərhəd məntəqəsində də tətbiqi ilə vilayətin bütün sərhədlərində ağıllı nəqliyyat idarəçiliyi təmin ediləcək.
