Bazargan sərhəd-keçid məntəqəsindən keçən yük avtomobillərinin sayı cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 40% artıb.
Qərbi Azərbaycan Yol və Nəqliyyat İdarəsinin rəisi Ərsəlan Şükri bildirib ki, ilin ilk 6 ayında 120 min yük avtomobili Bazargan sərhədindən keçib. Aparılan danışıqlar nəticəsində gündəlik çıxış edən nəqliyyat vasitələrinin sayı 180-220-dən 350-400-ə çatıb və hədəf bu rəqəmi gündəlik 500-ə çatdırmaqdır. Poldəşt sərhəd məntəqəsində də 30-40% artım qeydə alınıb. Şükri vurğulayıb ki, sərhəddə 7 min yük maşınının olması ilə bağlı məlumatlar internet növbə sisteminə aiddir və bu, bütün maşınların eyni anda sərhəddə olması demək deyil; nəqliyyat vasitələri növbə vaxtından 72 saat əvvəl çağırılır.
