İran Yol İdarəetmə Mərkəzinin rəis müavini Həraz yolunun təmir işləri ilə əlaqədar 12-15 iyun tarixlərində saatlıq bağlanacağını açıqlayıb.
İran Yol İdarəetmə Mərkəzinin rəis müavini Mehdi Muxber bildirib ki, Həraz yolunun Amol meşə parkından Ebtahaca qədər olan 65 kilometrlik hissəsi 12-15 iyun tarixlərində saatlıq olaraq bağlanacaq. Məhdudiyyət hər gün saat 08:00-dan 17:00-a qədər qüvvədə olacaq, bu saatlardan kənarda isə hərəkət sərbəstdir. Bağlanma səbəbi su kanallarının tikintisi, Strabako körpüsünün quraşdırılması və digər təmir işləridir. Sürücülərə alternativ olaraq Çalus və Firuzkuh yollarından istifadə etmələri tövsiyə olunur.
