Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) Şurası ticarət gəmilərinə edilən hücumları pisləyərək dənizçilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
London şəhərində keçirilən 138-ci sessiyada IMO Şurası geosiyasi münaqişələr fonunda dənizçilərin milliyyətindən asılı olmayaraq qorunmalı olduğunu bəyan edib. Baş katib Arsenio Dominqez Yaxın Şərqdə münaqişələr başlayandan bəri 25 dənizçinin həlak olduğunu, o cümlədən Hörmüz boğazında M/T VELOS SAPPHIRE tankerinin hücuma məruz qaldığını bildirib. Şura husilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı hücumlarını, həmçinin Rusiyanın Qara dənizdəki liman infrastrukturuna qarşı hərəkətlərini kəskin şəkildə pisləyib. Üzv dövlətlər beynəlxalq gəmiçiliyin təhlükəsizliyini və heyətin həyatını təhlükəyə atan qanunsuz tədbirlərdən çəkinməyə çağırılıb.
